Ana səhifə
Ana səhifə Haqqımızda Məhsullar Qiymətlər Referanslar Proqramı yüklə Əlaqə
2013 © Link&A
Designed by AyMaIT

Yupiter əsas vəsaitlərin uçotu, onların tarixçəsi və hərəkətləri uçotunun aparılmasına, amortizasiyalarını 11 (on bir) hesablama metodu üzrə hesablaşmasına, qalıq dəyərinin hesablanmasına, əsas vəsaitlərin dəyərini artıran xərclərin uçotunun aparılmasına imkan verir. Lazım olan hallarda verilən yenidən qiymətləndirmə əmsalına (koeffisentinə) müvafiq olaraq əsas vəsaitlərin yenidən qiymətləndirilməsinin aparılmasına imkan verir.

Yupiter həmçinin mühasibat, vergi və statistika uçotu üçün ayrıca amortizasiya uçotunun aparılmasına imkan verir. İstifadəçinin istəyinə görə əsas vəsaitləryerləşdiyi yer, qrup kodu, xüsusi kod, şöbələr və s. üzrə təsnif edilə bilər. Əsas vəsaitlərin kartında onun alınma tarixi, malsatan, əsas vəsaitin mədaxil edilmə sənədi, ilkin dəyəri, başlanğıc (əvvəlinə) amortizasiyası, yenidən qiymətləndirmə, amortizasiya norması, valyuta qiyməti və s. qeyd edilir.


Modulun funksiyalarıı:


Hər vahid üzrə inventar vərəqəsinin (kartının)

aparılması .

Əsas vəsaitlərin mədaxili

Daxili yerdəyişməsi 

Əsas vəsaitlərin dəyərini artıran xərclər

Mühasibat, vergi və statistik uçotu məqsədi üçün amortizasiya hesablaması

Əsas vəsaitlərin çıxdaşı


Hər vahid üzrə inventar vərəqəsinin aparılması - Hər vahid üzrə əsas vəsaitlərə inventar vərəqəsi aparılır, hansı ki, obyektin bütün əsas xarakteristikası, alınan andan onun tarixçəsi, mülkiyyət mənsubiyyəti və s. orada əks etdirilir.


Əsas vəsaitlərin mədaxil olunması - Modul əsas vəsaitləri faktiki maya dəyəri qiymətilə mədaxil etməyə imkan verir. Əsas vəsaitlər alınarkən çəkilən xərclər (gömrük xərcləri, daşınma, sığorta, yüklənib-boşaltma və s.) avtomatik olaraq 6 (altı) müqayisəli əlamət üzrə (miqdarı, məbləği, yerin sayı, miqdarı 4,5,6) onun qiymətinə bölüşdürülür.


Daxili yerdəyişmə - Modul əsas vəsaitlərin bölmələr arasında yerdəyişməsinin aparılması və nəzarət edilməsinə imkan verir.


Əsas vəsaitlərin dəyərini artıran xərclər - Modul əsas vəsaitlərin dəyərini artıran istehsalat xərclərinin uçotunun aparılmasına imkan verir. Sonradan amortizasiya hesablaması bu xərclər nəzərə alınmaqla aparılır.


Mühasibat, vergi və statistik uçotu məqsədləri üçün amortizasiya hesablaması - Modul aşağıdakı amortizasiya prinsipləri və metodlarından asılı olaraq amortizasiya hesablamasının aparılmasına imkan verir.


Amortizasiya prinsipləri:
1. Yaxın tam ay üzrə prinsipi;
2. Alındığı tarixdən sonrakı ay prinsipi;
3. Mədaxil tarixindən asılı olmayaraq tam il prinsipi;
4. Yaxın tam il üzrə prinsipi; 
5. Yarım il prinsipi (Half-year convention .)


Amortizasiya metodu: 
1. Balans dəyərindən (klassik variant); 
2. Nəzərdə tutulan ləğv dəyəri nəzərə alınmaqla balans dəyərindən; 
3. Qalıq dəyərindən (klassik variant);
4. Qalıq dəyərindən (minimal qalıq dəyəri metodu);
5. Qalıq dəyərindən (minimal qalıq dəyəri metodu və cari ilin xərcləri);
6. Qalıq dəyərindən (verilən müddətdə amortizasiyası bitməklə, azalan qalıq metodu)
7. Sürətlənən amortizasıya - xəttli metod
8. Sürətlənən amortizasiya- qeyri xəttli metod (azalan qalıq metodu) 
9. Tənəzzül (deqressiya) amortizasiya metodu 
10. Məbləğlərin cəmi metodu (Sun-of-the year's digits method)
11. Toplama (kumulyativ) metodu (fəaliyyətin həcmidən)


Amortizasiya hesablaması mühasibat, vergi və statistik uçotu məqsədi üçün ayrıca aparıla bilər. 

Amortizasıyanın metodları və prinsiplərinin seçimini istifadəçi hər bir uçot növü üçün özü müəyyən edir.


Əsas vəsaitlərin çıxdaşı - Modul əsas vəsaitlərin çıxdaşının (satış; ləğv etmə və s) uçotunu aparılmasına, zəruri ilkin sənədlərin tərtib edilməsinə, çıxdaşın nəticələrinin daxil edilməsinə və s. imkan verir.


Modulun hesabatları: 

Verilən dövr ərzində amortizasiya hesablaması; 

Əsas vəsaitlərin icmal cədvəli; 

Əsas vəsaitlərin yenidən qiymətləndirilməsi nəticələri və s.



Y

"Yupiter" - Əsas vəsaitlərin uçotu - tanrıların hakimi, ildırım çaxan Yupiter - əsas vəsaitlərin uçotu, onların köhnəlməsinin hesablanması və yenidən qiymətləndirilməsinin aparılması üçün nəzərdə tutulmuşdur.