“e-Büdcə” proqram təminatı - Dövlət büdcəsindən maliyyəşdirilən büdcə təşkilatları
və onların baş idarələrin (tabeçiliyində olduğu təşkilatların) büdcələrinin proqnozlarının,
təsdiq edilmiş smetaların, cari maliyyələşmənin açılması üçün maliyyə sıfarişlərin,
maliyyələşmələrin uzaqda yerləşən terminallardan ötürülməsini, təsdiq edilən smeta
planına uyğunluğunun yoxlanılmasından sonra, baş idarə tərəfindən təsdiq edilməsini
və icmalının alınmasını təmin edir.
Proqram təminatı .NET mühitində işlənib hazırlanmışdır.
Paketdə proqram təminatındə işləmək üçün çap edilmiş halda tədris vəsaiti, və quraşdırma
diski mövcuddur.
“Elektron Büdcə” proqram təminatı Dövlət büdcəsindən maliyyəşdirilən büdcə təşkilatları
və onların baş idarələrinin (tabeçiliyində olduğu təşkilatların):
- büdcə proqnozlarının tərtib edilməsi, onların baxılması və təsdiq edilməsini;
- icmal büdcə proqnozunun alınmasını;
- dövlət büdcəsi təsdiq ediləndən sonra “Təsdiq edilmiş smeta”ların daxil edilməsini;
- cari maliyyələşmənin (DXA-lar üzrə) açılması üçün maliyyə sıfarişlərinin (tələbnamələrin)
daxil edilməsi və maliyyələşmələrin təsdiq edilən smeta planına uyğunluğunun yoxlanılmasından
sonra, baş idarə tərəfindən təsdiq edilməsini;
- müvafiq qaydada təsdiq edilmiş maliyyə və mühasibat hesabatlarının daxil edilməsi,
baxılması, təsdiqi və icmalının alınmasını
təmin edir.
Sistem 3 (üç) səviyyəli menyulardan ibarətdir və bu menyulara daxil olmaq sistemdə
olan kod, şifrə və parol sistemi ilə idarə edilir. Daxil olma kod, şifrə və parollardan
asılı olaraq, aşağıdaki menyular formalaşır.
- Administrator menyusu
- Tənzimləyən Dövlət Orqanlarının Menyusu
- Büdcə Təşkilatlarının Menyusu
Administrator menyusu əsas menyu olaraq bütün digər menyuları da idarəedən bir menyudur.
Bu menyuda proqram təminatının işləməsi üçün Administrator (Administrator qrupu):
- istinadlar təyinatlarını təyin edir;
- üst səviyyə və tənzimləyən dövlət orqanlarının siyahılarını yaradır;
- smeta proqnozları, təsdiq edilmiş smeta və maliyyələşmə sifarişləri formalarını müəyyən
edir;
- icmal hesabat formaları, onların tərkibi və bağlantılarını müəyyən edir;
- istifadəçilərə səviyyələrindən asılı olaraq səlahiyyətləri və vəzifələrini şifrə
və parollar əsasında təyin edir;
- daxil edilmiş (göndərilmiş) hesabatlar paketlərinin açılması, yoxlanılması və s.
nəzarət edir;
- icmal hesabatların alınması, təhlili və s. təmin edir;
- yaranacaq problemlər və sualların qarşısının alınması üçün (düzəltmək və s.) tədbirlər
görür;
- sistemin idarəedilməsinə (işləməsinə) daimi nəzarət edir, servis əməliyyatları aparır
və s.
İş bölgüsü əsasında Administrator qrupu əməkdaşlarının menyulara daxil olmaq səlahiyyətləri
müəyyən edilir.
Tənzimləyən Dövlət Orqanları menyusunda adı çəkilən dövlət orqanları:
- tabeçiliyində olan büdcə təşkilatlarının şəxsi kartlarının açılması, lazım olarsa
onların redakte edilməsi və ya ləğvini təmin edir;
- qəbul edilmiş büdcə proqnozlarının baxılması və lazım olarsa onlara düzəliş edərək
təsdiq edilməsini təmin edir;
- tabeçiliyində olan büdcə təşkilatlarının qəbul edilmiş maliyyə sifarişlərinə baxılması,
lazım olarsa onların redakte edilməsi və təsdiqini təmin edir;
- tabeçiliyində olan büdcə təşkilatlarının qəbul edilmiş maliyyə və mühasibat hesabatlarına
baxılması və lazım olarsa onlarda dəqiqləşmə aparılmasını təmin edir ;
- tabeçiliyində olan büdcə təşkilatlarının qəbul edilmiş və yoxlanılmış maliyyə və
mühasibat hesabatlarını təsdiq edir;
- tabeçiliyində olan büdcə təşkilatlarının icmal hesabatını alır və təsdiq edərək müvafiq
dövlət orqanlarına göndərir;
- və s.
Büdcə Təşkilatlarının menyusunda hər bir büdcə təşkilatı müqaviləyə uyğun olaraq
ona verilən kod, şifrə və parol əsasında daxil olur və aşağıdakı əməliyyatları aparır:
- gələcək il üçün büdcə proqnozunu göndərir;
- özünə aid olan təsdiq edilmiş smetanı baxıb, çap edə bilir;
- maliyyə sifarişlərini göndərir və təsdiq ediləndən sonra çap formasını çıxarıb, müvafiq
orqanlara təqdim edir;
- “Büdcə- mühasibat uçotu proqram təminatından (və ya birbaşa sistemdən) aylıq, rüblük
və illik hesabatların göndərilməsi, lazım olarsa onlara dəqiqləşmə verilməsini və
s. təmin edir.