Aşağıdakı moduldan ibarətdir:
- Baza (əsas) modulu
- Kassa modulu
- Mobil terminal modulu
Gələçəkdə digər modullar da əlavə ediləcəkdir.
Baza (əsas) modul – mallara, müştərilərə, malsatanlara, xərc və gəlir maddələrinə
və s. kartların açılması, mədaxil, satış, daxili yerdəyişmə, qaytarma və s. əməliyyatların
aparılması, pul hərəkətlərinin daxil edilməsi, sayım aparılması, satılan malların
maya dəyərinin hesablanması, lazımlı hesabatların alınması, təhlil aparılmasını və
s. təmin edir.
Malların hərəkəti üzrə sənədlər:
Mədaxil
- Alış
- Satılan malların qaytarılması
- Alınan hədiyyələr
- İnventarizasiyada artıq gələn mallar
- Sair girişlər
Məxaric
- Topdan satış
- Pərakəndə satış (Kassa modulundan ötürülənlər)
- Alınan malların qaytarılması
- Verilən hədiyyələr
- İnventarizasiyada əskik gələn mallar
- Sair çıxışlar
Anbar daxili əməliyyatlar
- Daxili yerdəyişmə
- Daxili istifadə
- Təbii itki
Pul hərəkəti üzrə sənədlər:
- Pulun mədaxili (ilkin sənədlərin çıxarişi ilə)
- Pulun məxarici (ilkin sənədlərin çıxarişi ilə)
Hesablaşmalar üzrə uçotun aparılması
- Malsatan və müştərilərlə hesablaşmalar üzrə uçotun aparılması
- İşçi heyəti və s. ilə hesablamalar uçotunun aparılması
Gəlir və xərclərin uçotu:
- İstifadəçi tərəfindən açılmış xərc maddələri üzrə uçotunun aparılması
- İstifadəçi tərəfindən açılmış gəlir maddələri üzrə uçotunun aparılması
Gündəlik ticarət fəaliyyəti ilə bağlı əməliyyatlar (etikitlər, barkodlar, nırxlar
və s.) çapı
Hesabatlar
- Qalıqda olan malların maya dəyəri
- Malların hərəkətləri üzrə dövriyyə cədvəli
- Satılan malların maya dəyəri
- Malın hərəkəri üzrə hesabat
- Malsatanlar və müştərilərin analıtık uçotu kitabı
- Malsatanlar və müştərilərin mallar üzrə analıtık uçotu kitabı
- Cari hesablar üzrə dövriyyə cədvəli
- Təşkilat üzrə gündəlik (və ya dövrlər arası) hesabat
Kassa modulu - pərakəndə satış ticarət obyektlərində istifadə edilir. Bu modul vasitəsi
ilə özəl avadanlıqlar istifadə edilməklə, malların barkodları (ştrixkodları) oxunaraq
malların satışı həyata keçirilir. Satılan mallar avtomatik olaraq baza moduluna köçürülür.
Mobil terminal modulu – malların mədaxilində, satışında, daxili yerdəyişməsində,
sayımında və s. işləri sürətləndirmək məgsədi ilə istifadə edilir. Mobil terminal
vasitəsi ilə malların barkodları (ştrixkodları) oxunaraq lazımlı sənəd formalaşması
üçün Baza modulunu ötürülür.
Proqram təminatı mövcud avadanlıqlara sazlanır.
GünShop - Anbar, ticarət bazası, mağazalar, supermarket və digər pərakəndə satış
nöqtələrində malların mədaxili, satışları, daxili yerdəyişmələri, qaytarlaları, daxili
istifadəsi və s. uçotunu aparmaq və lazımlı hesabatların alınması təmin edir.