Aşağıdakı sənədlərin aparılmasına imkan verir:
Pul vəsaitlərin hərəkətləri üzrə sənədlər
Ödəniş tapşırığı - ödəniş tələbnaməsinin yazılması üçün nəzərdə tutulur. İstifadəçinin
istəyinə uyğun olaraq bu tapşırıqlar üzrə həm «online», həm də «offline» rejimlərində
mühasibat yazılışlarını avtomatik verir.
Kassa mədaxil orderi - kassa mədaxil orderi yazılmaq üçün nəzərdə tutulmuşdur. Verilmiş
inteqrasiya sxeminə (şablona ) müvafiq olaraq sənədlər üzrə mühasibat yazılışları
avtomatik verilir. Sənəd ciddi hesabat blankına sazlanır (köklənir).
Kassa məxaric orderi - kassa məxaric orderi yazılmaq üçün nəzərə tutulmuşdur. Verilmiş
inteqrasiya sxeminə (şablona) müvafiq olaraq sənədlər üzrə mühasibat yazılışları
avtomatik verilir.
Avans hesabatı - təh-təl hesab məbləğlərin istifadə olunması üzrə hesabatın tərtib
olunması üçün nəzərdə tutulmuşdur. Təh-təl hesaba alınmış məbləğlər sənədə avtomatik
daxil olunur, məxaric hissəsi isə «İstifadəçi» tərəfindən daxil edilir. Verilmiş
inteqrasiya sxeminə (şablona) müvafiq olaraq sənədlər üzrə mühasibat yazılışları
avtomatik verilir.
Ehtiyyatların hərəkətləri üzrə sənədlər
Mədaxil fakturası, Mədaxil fakturası (idxal), Mədaxil qaiməsi - mədaxil fakturalarının
daxil edilməsi üçün nəzərdə tutulmuşdudur. Həmin sənədlər alıcının çəkdiyi xərçlərdə
alınmaqla, daxil olunmuş malların hesablanmış maya dəyəri qiyməti ilə mədaxil edilməsinə
imkan verir (malsatandan alınan faktura yenidən fakturalanır). Əgər malsatandan alınan
fakturada malların qiyməti hər hansı bir valyutada isə, onda valyuta qiymətini milli
valyutalara avtomatik hesablanılmaqla, daxil edilmə valyuta qiymətləri ilə həyata
keçirilir . ƏDV, güzəştlər, əlavələr və s hesablanır. Fakturaların yekun məlumatları
avtomatik olaraq malsatanın analitik kartına yazılır. Həmin sənəd verilmiş inteqrasiya
sxeminə (şablonuna) müvafiq olaraq «Venera"ya avtomatik inteqrasiya olunur.
Alınan ehtiyyatların qaytarılması fakturası - alınmış malların (mədaxilin) qaytarılması
fakturalarının daxil edilməsi üçün nəzərdə tutlmuşdur. ƏDV, güzəşlər, əlavələr və
s. hesablanır (nəzərə alınır). Fakturanın yekun məlumatları avtomatik olaraq malsatanın
analitik kartına yazılır. Həmin sənəd verilmiş inteqrasiya sxeminə (şablonuna) müvafiq
olaraq «Venera"ya avtomatik inteqrasiya olunur.
Məxaric fakturası, Məxaric fakturası (ixrac), Məxaric qaiməsi - malların buraxılışında
yazılan fakturaları daxil etmək üçün nəzərdə tutulmuşdur. Həmin sənədlər əsasında
vergi hesab -fakturaların yazilması və çap edilməsi təmin edilir. Satılmış malların
maya dəyərini hesablayır, ƏDV-ni hesablayır, güzəştin tətbiq olunması imkanını nəzərdə
tutur. Əvvəl yazılmış hesabı (əvvəlcədən ödənş üçün) fakturalayır. Fakturaların yekun
məlumatları avtomatik olaraq malsatanın analitik kartına yazılır. Həmin sənəd verilmiş
inteqrasiya sxeminə (şablonuna) müvafiq olaraq «Venera"ya avtomatik inteqrasiya olunur.
Çap olunarkən sənəd istifadəçinin nəşr olunmuş hesab-fakturasına, vergi hesab-fakturasına
köklənir (sazlanır).
Satılmış ehtiyyatların qaytarılması fakturası - satılmış malların qaytarılması fakturasını
daxil etmək üçün nəzərdə tutulmuşdur. Həmin sənəd əvvəl satılmış malların alıcılar
tərəfindən qaytarılarkən, əslində mədaxil fakturasının daxil edilməsini təmin edir.
Fakturanın yekun məlumatları avtomatik olaraq malsatanın analitik kartına yazılır.
Həmin sənəd verilmiş inteqrasiya sxeminə (şablonuna) müvafiq olaraq «Venera"ya avtomatik
inteqrasiya olunur.
Hesab (köçürmə üçün) - Əvəlcədən ödəniş üçün hesabı daxil etməkdən ötrü nəzərdə tutulmuşdur.
Gələcəkdə əvvəlcədən ödəniş hesabının bazasında, onun fakturalanması mümkündür (hesab-faktura,
vergi-hesab fakturaların yazilması)
Vergi-hesab fakturası - ehtiyyatların (malların) buraxılış sənədlərinə əsasən, istənilərsə
qrup halında, istənilərsə ayrılıqda, vergi-hesab fakturasının təsdiq olunmuş formasında
(ciddi hesabat blankı) tərtib və çap edilməsini təmin edir.
Daxili istifadə qaiməsi - müəssisənin bölmələri və anbarları arasında əmtəə, mal-material
dəyərlilərinin daxili yerdəyişməsinə qaimə yazılması üçün istifadə olunur. Həmin
sənəd verilmiş inteqrasiya sxeminə (şablonuna) müvafiq olaraq «Venera"ya avtomatik
inteqrasiya olunur.
Daxili yerdəyişmə qaiməsi - müəssisənin bölmələri və anbarları arasında əmtəə, mal-material
dəyərlilərinin daxili yerdəyişməsinə qaimə yazılması üçün istifadə olunur. Həmin
sənəd verilmiş inteqrasiya sxeminə (şablonuna) müvafiq olaraq «Venera"ya avtomatik
inteqrasiya olunur.
Əsas vəsaitlərin hərəkəti üzrə sənədlər
Mədaxil fakturası - alınmış əsas vəsaitlərin mədaxil fakturalarını daxil etmək üçün
nəzərdə tutulmuşdur. Bu sənəd daxil olmuş əsas vəsaitlərin maya dəyəri qiymətini
və alıcı tərəfindən çəkilən xərclər nəzərə alınmaqla yenidən mədaxil fakturasının
yazılmasına imkan verir. Əgər mədaxil qaiməsində valyuta qiyməti verilmişdirsə, onda
valyuta qiymətini milli valyutaya avtomatik hesablamaqla, daxil etmə valyuta qiyməti
ilə həyata keçirilir. ƏDV, güzəştlər, əlavələr və s. hesablanır. Fakturanın yekun
məlumatları avtomatik olaraq malsatanın analitik kartına qeyd olunur. Verilmiş inteqrasiya
sxeminə (şablona) müvafiq olaraq, sənəd avtomatik olaraq «Venera» - ya inteqrasiya
edilir.
Məxaric fakturası - əsas vəsaitlərin satışı üzrə hesab-fakturaları daxil etmək üçün
nəzərdə tutulmuşdur. Bu sənəd vergi hesab-fakturasının çıxarışını da həyata keçirməyə
imkan verir. Satılmış əsas vəsaitlərin maya dəyərini hesablayır. ƏDV hesablayır,
güzəşt verilməsi imkanını nəzərə alır. Fakturanın yekun məlumatları avtomatik olaraq
alıcının analitik kartına qeyd olunur. Verilmiş inteqrasiya sxeminə (şablona) müvafiq
olaraq, sənəd avtomatik olaraq «Venera» - ya inteqrasiya edilir. Çap edilərkən sənəd
istifadəçinin nəşr olunmuş hesab fakturasına, vergi hesab-fakturasına sazlanır.
Daxili yerdəyişmə qaiməsi - müəssisənin bölmələri və anbarları arasında əsas vəsaitlərin
daxili yerdəyişməsi qaimələrinin yazılması üçün istifadə olunur. Verilmiş inteqrasiya
sxeminə (şablona) müvafiq olaraq, sənəd avtomatik olaraq «Venera» - ya inteqrasiya
edilir.
Əsas vəsaitlərin ləğv olunması aktı - əsas vəsaitlər çıxdaş (ləğv) edilərkən istifadə
olunur. Ləğv olunmadan daxil olan dəyərliləri mədaxil edir, çıxdaşın (ləğv olunmanın)
nəticələrini avtomatik hesablayır. Verilmiş inteqrasiya sxeminə (şablona) müvafiq
olaraq, sənəd avtomatik olaraq «Venera» - ya inteqrasiya edilir.