«Link&A» MMC 1994-cü ildə təsis edilmişdir. Müəssisəmizin ilkin fəaliyyəti "Link"
firmasının kompyuter proqramlarının MDB dövlətləri dillərinə tərcümə edilməsindən
və keçmiş Sovet ölkələri ərazisində satılmasından ibarət idi. Sonralar, şirkətimiz
işçilərin yüksək profesionallığı və işgüzarlığı sayəsində, qısa bir vaxt ərzində
öz gücü ilə kompleks məsələlərin həlli üçün informasiya sistemlərini işlənilməsi
və tətbiq edilməsi səviyyəsinə yüksəlmişdir. Hal-hazırda «Link&A» MMC kompüter proqram
təchizatı bazarında liderlərdən biridir.
Müəssisənin əsas məhsulu "Günəş " mühasibat uçotu proqramlar paketidir. Bu sistem
müəssisələrdə mühasibat uçotunun aparılması üçün yaradılmışdır. "Günəş Sistemi" həyata
keçirilən bütün biznes əməliyyatlarını əhatə edərək müəssisə haqqında dolğun və operativ
şəkildə lazım olan məlumatların müdiriyyətə və tələb olunan digər yerlərə verilməsini
təmin edir. «Link&A» MMC eyni zamanda müştərilərə, bu sistem üzrə biznesi
təşkil etmək üçün geniş spekrtrli, xidmətlər göstərməyi təklif edir.
Respublikamızın iri şəhərlərində, Gürcüstanda, Özbəkistanda, Qazaxstanda və Türkmənistanda
partnyorları olan «Link&A» MMC nəinki mövcud uçot sistemini "Günəş Sistemi" üzərinə
keçirdir, həm də, müştəriyə onun uçot siyasətinin formalaşdırılmasına kömək edir
və onun konsaltinq axtarışları sistemi çərçivəsində həyata keçməsini təmin edir .
Müəssisəmiz 27 illik fəaliyyəti nəticəsində böyük nəticələr əldə etmişdir. Hal hazırda
«Link&A» MMC-də informasiya texnologiyları və mühasibat uçotunun avtomatlaşdırılması
sahəsində böyük təcrübə toplamış yüksək ixtisaslı mütəxəssislər işləməktədir
"Günəş sistemi"nin istifadəçiləri sırasında - müxtəlif sahələrdə fəaliyyət göstərən
müəssisələr : yanacaq-energetika kompleksinin, rabitə, avtomobil nəqliyyatı,
böyük sənaye müəssisələri, ticarət obyektləri, tikinti təşkilatları, sığorta şirkətləri
və digərləri