Ana səhifə
Ana səhifə Haqqımızda Məhsullar Qiymətlər Referanslar Proqramı yüklə Əlaqə
2013 © Link&A
Designed by AyMaIT

"Uran" - hazır məhsulun istehsalı və buraxılışı, onun maya dəyərinin kalkulyasiya olunmasının uçotunu aparmaq üçün nəzərdə tutulmuşdur. Verilmiş texnoloci kartlar və buraxılmış məhsulun həcminin əsasında istehsalat hesabatı tərtib olunur, istifadə olunan xammal və materialların silinməsi həyata keçirilir, təbii itginin hesablanması aparılır, hazır məhsul mədaxil edilir, onun maya dəyəri hesablanır.


Modulun funksiyaları


Texnoloji katrlar

Buraxılan məhsulun həcminin müəyyən edilməsi 

İstehsalat hesabatı 

İstifadə olunan xammal və materialların silinməsi 

Təbii itginin hesablanması 

Hazır məhsulun mədaxil edilməsi və onun maya dəyərinin hesablanması


Texnoloji kartlar-a - texnoloji kartlarda hər bir hazır məhsul üzrə xammal və material normaları təyin edilir. Burada verilən normalara əsasən istehsalatda istifadə olunan xammal və materialların silinməsi həyata keçirilir


Buraxılan məhsulun həcminin müəyyən edilməsi - modul buraxılan məhsulun həcminin daxil edilməsi, ayrı-ayrı sifarişlərin uçotunun aparılması, anbarda olan xammalla müqayisədə xammala olan tələbatın müəyyən edilməsi, verilən məhsulun istehsalı üçün maliyyə vəsaitinə tələbatın hesablanmasının həyata keçirilməsinə imkan verir.


İstehsalat hesabatı - verilən texnolji kartlar və buraxılan məhsulun həcminə müvafiq olaraq istehsalat hesabatı tərtib olunur.


İstifadə olunan xammal və materialların silinməsi - istehsalat hesabatına əsasən istifadə edilən xammal və materialların silinməsini həyata keçirir.


Təbii itginin hesablanması - texnoloji kartlar və istehsalat hesabatına əsasən, istehsalat prosesində yaranmış təbii itginin silinməsini həyata keçirir.


Hazır məhsulun mədaxili və onun maya dəyərinin hesablanması - istehsalat hesabatına əsasən hazır məhsulun maya dəyərinin hesablanması və onun mədaxil edilməsini həyata keçirir. İstifadəçinin istəyinə görə maya dəyərinə həm material, həm də qeyri-material xərcləri (maya dəyərinə daxil edilmiş əmək haqqı, amortizasiya (köhnəlmə), enerji və s. xərcləri) daxil edilə bilər.


Modulun hesabatları


İstehsalat hesabatı

Hazır məhsulun maya dəyərinin hesablanması

Maddı sərfiyyatların tərkibi

Reseptlər kartı



U

"Uran" - İstehsalat uçotu - hazır məhsulun istehsalı və buraxılması uçotunun aparılması, həmçinin onun maya dəyərinin kalkulasiya edilməsi (qiymətləndirilməsi) üçün nəzərdə tutulmuşdur.