Planet modulları ilə yanaşı, sistem müəssisələr, qüvvədə olan vergilər, banklar və
sairə arayış məlumatlarına, həmçinin onlar üçün təyinatlara da malikdir.
Bununla yanaşı, eyni zamanda sistemə aşağıda göstərilən modullar da qoşulmuşdur.
Administrator modulu sistemdə yeni müəssisənin açılması (belə ki, onları istənilən
sayda açmaq olar), onun istifadəçinin tələbinə uyğun sazlanması, müəssisələr arasında
məlumatların eyniləşdirilməsi və köçürülməsi, ayrı-ayrı istifadəçilər üçün (çox istifadəli
sistemlərdə) sistemə girişin məhdudlaşdırılması, parol və şifrə verilməsi və s. üçün
nəzərdə tutulmuşdur.
«Günəş»-in tərkib hissəsi olan «Administrator» proqramm paketinin «Supervizer»-ni
(Əməliyyat sistemini) idarə etmək üçün nəzərdə tutulmuşdur. «Admnistrator»-un vasitəsilə
lisenziyanın təyin olunması, müəssisənin açılması, informasiyanın daxil edilməsi
və istifadə olunması üçün qirişin (şifrənin) səviyyəsini təyin etmək, müəssisələr
arasında məlumatların keçirilməsi və konsolidasiyası, "kölqə dosyesi" parametlərinin
veriməsi, "kölqə dosyesi"ndən məlumatların qaytarılması və İstifadəçinin tələbi və
şəraitinə uyğun diqər sazlamanı həyata keçirir.
İstifadəçinin tələbi və şəraitinə uyğun proqramın sazlanması bir neçə mərhələlərdən
ibarətdir:
Proqramı istehsal edəndən lisenziya alınması. Əqər lisenziya alınmayıbsa, onda
proqram Demo versiya olaraq işləyəcəkdir (lisenziya alınma qaydası satılmış paketlə
birlikdə, göndərilən əlavədə göstərilmişdir);
Yeni müəssisə yaratmaq,
Hər bir konkret İstiafdəçi üçün məlumatlar qirişini məhdudlaşdırmaq məqsədilə şifr
və kodlar verilməsi. Girişin məhdudlaşdırmağın köməyilə məlumatların ehtibarlı və
lazım məxvi saxlanılması təmin edilir.
Mühasibat uçotunun həyata keçirilməsi prosesi sintetik və analitik uçotun aparılması
üzrə bölünür. Sintetik uçot analitik uçotun nəticələrinin yekunudur. Analitik uçot
isə uçot obyektinin xüsusiyyəti və növündən asılı olaraq müxtəlifdir.
Məsələn, fəhlə və qulluqçularla hesablaşmaların analitik uçotu, mal və materialların
(miqdar - məbləğ uçotu) analitik uçotu, əsas vəsaitlərin və onların köhnəlməsinin
analitik uçotu, hesablaşmaların analitik uçotu və s. mövcuddur. Bu uçotların hər
bir növü bir - birindən əhəmiyyətli dərəcədə fərqlənir və əslində müxtəlif məzmunlu
və təyinatlı uçot obyektinin uçota alınması üçün nəzərdə tutulmuşdur.
Belə ki, lahiyə (proyekt) müəlliflərinin ideyasına görə, Günəş sisteminin hər bir
"planeti" mühasibat uçotunun konkret məsələlərinin həll olunması üçün nəzərdə tutulmuşdur.
"Venera" - Ümumi mühasibat - gözəl Venera - məhəbbət və gözəlltk tanrısı - mühasibat
uçotunun ümumləşdirilmiş məlumatlarının aparılması, büdcə üçotu və planlama, qanunvericiliklə
müəyyən edilmiş kitablar, jurnallar, cədvəllər, dövriyyə cədvəlləri, balans və digər
mühasibat, vergi, sosial və statistik hesabatların alınması üçün nəzərdə tutulmuşdur.
"Merkuri" - Anbar uçotu - ticarət tanrısı - ehtiyatların miqdar-məbləğ (anbar) uçotu,
fakturalama ilə sənədləşmənin aparılması və s. üçün nəzərdə tutulmuşdur.
"Uran" - İstehsalat uçotu - hazır məhsulun istehsalı və buraxılması uçotunun aparılması,
həmçinin onun maya dəyərinin kalkulasiya edilməsi (qiymətləndirilməsi) üçün nəzərdə
tutulmuşdur.
"Mars" - Əmək haqqı uçotu - şəxsiyyətin hüquqlarının təşəkkül tapması simvolu, müharibə
tanrısı - işçi heyəti ilə əmək haqqı ödənişi və sosial ödəmələr üzrə hesablaşmalar
aparılması üçün nəzərdə tutulmuşdur.
"Yupiter" - Əsas vəsaitlərin uçotu - tanrıların hakimi, ildırım çaxan Yupiter - əsas
vəsaitlərin uçotu, onların köhnəlməsinin hesablanması və yenidən qiymətləndirilməsinin
aparılması üçün nəzərdə tutulmuşdur.
"Vesta" - Büdcə üçotu - (Veneranın peyki) büdcə uçotu modulu. Həm büdcə təşkilatlarında,
həm də özfəaliyyətində xərclərini planlaşdıran müəssisələrdə istifadə edilir