"Merkuri" - Anbar uçotu - ticarət tanrısı - ehtiyatların miqdar-məbləğ (anbar) uçotu,
fakturalama ilə sənədləşmənin aparılması və s. üçün nəzərdə tutulmuşdur.
Qalıqda olan malların maya dəyəri - həmin hesabatda qrup malların seçim imkanları
ilə bölmə və anbarlar üzrə əmtəə mal-material dəyərlilərinin qalıqları haqqında məlumatlar
əks etdirilir. Hesabatda həmçinin malların maya dəyəri, malların alış qiymətilə,
satış qiymətilə dəyəri, daxil edilimiş valyutada, potensial gəlir və s göstərilir.
Ehtiyatların hərəkətinin dövriyyə cədvəli - bölmələr və anbarlar, seçilmiş mallar
üzrə verilən qiymətlərdə, miqdar və məbləğ ifadəsində verilən dövr üzrə əvvəlinə
qalıqlar, mədaxil, məxaric və sonuna qalıqlar göstərilir.
Çıxdaş ehtiyyatların maya dəyəri haqqında hesabat - Mallar, xidmətlər və onların
qrupları üzrə əməliyyatların mənfəətliyi haqqında məlumatı göstərən hesabat
Ehtiyatın anbar kartı - seçilən ehtiyat üçün verilən dövrün əvvəlinə qalığı, dövr
ərzində hərəkəti (mədaxil, məxaric) və dövr sonuna qalığı (miqdar və məbləğ ifadəsində)
göstərilir.
Müştərilərin (malsatanların) ehtiyyatlar üzrə cari hesabı - müştəri və ya malsatanların
cari hesabları onlara satılmış (onlardan alınmış) ehtiyatlar üzrə (kodu, adı, məbləği),
faktiki ödənilən məbləğləri və qalığı,həmçinin digər məlumatlar əks etdirilir.
Mal-material əməliyyatlarının qeydiyyatı kitabı - seçilmiş valyutada və müvafiq vergilər
əks etdirməklə, alınan, yaxud satılan malların ayrı-ayrılıqda hesab fakturalarını
göstərən standart hesabatdır. Satılmış malların qeydiyyat kitabı üçün ödəniş, yaxud
yüklənib göndərilən mallar üzrə alqoritm formalaşdırılması seçimi ola bilər.
"Merkuri" sistemin operativ uçotunun özəyini təşkil edir və təchizatı, anbarı, satışı,
mal alan və mal göndərənlərlə hesablaşmaları, ilkin sənədləşmənin aparılmasını, onların
avtomatik olaraq "Venera"ya birləşməsini idarə etmək üçün tam alətlər dəstinə malikdir.
"Merkuri"də struktur bölmələri, anbarlar, istənilən dərəcədə mürəkkəb istehsal sexləri
olan və istənilən çeşiddə mallar, materiallar və xidmət əməliyyatları aparan müəssisənin
mal dövriyyəsini təşkil etmək üçün lazım olan məlumatlar vardır.
Əmtəə və xidmətlərlə əlaqədar aparılan bütün əməliyyatlar, onların ilkin seçim zamanı,
müvafiq hesablarda əks olunur və mal göndərəndə, materialların sifarişi anından,
hazır məhsulun satışına qədər olan dövrdə təhlil oluna bilər.
İstifadəçi buradan qalıqda olan malların maya dəyəri, satılmış məhsulların maya dəyəri,
hər bir malın gəliri, ayrı-ayrı alıcılar üzrə satışın təhlili və s. hesabatları əldə
edə bilər.
Modulun funksiyaları:
- Ehtiyyat növlərinin ayrı-ayrılıqda miqdar-məbləğ uçotun aparılması
- Müxtəlif pul vahidləri (valyutalar) üzrə əməliyyatların aparılması
- Sənədlərin qarşılıqlı əlaqələrinin təmin edilməsi
- Müxtəlif ölçü vahidləri ilə anbar (əmtəə) uçotu
- Ehtiyyatların (maddi dəyərlərin) özəlliklərinin uçotu
- Yenidən fakturalarma (faktiki maya dəyəri qiymətilə ehtiyatların mədaxili)
- Daxili yerdəyişmələrin uçotu
- İnventarizasıyanın aparılması və nəticələri
- Müxtəlif silinmə metodlarından istifadə etmək
- Prays-listlərin hesablanması
- Əlavə əlamətlər
- Mühasibat yazılışların avtomatik yaradılması
Mədaxil
Anbar üzrə mədaxil orderinin yazılması üçün nəzərdə tutulmuşdur. Lazım gəldikdə istifadə
olunur. Anbar üzrə mədaxil orderlərinin qrup halında fakturalanması imkanı nəzərdə
tutulmuşdur. Həmin sənəd verilmiş inteqrasiya sxeminə (şablonuna) müvafiq olaraq
«Venera"ya avtomatik inteqrasiya olunur.
Məxaric
Anbar üzrə mədaxil orderinin yazılması üçün nəzərdə tutulmuşdur. Lazım gəldikdə istifadə
olunur. Anbar üzrə mədaxil orderlərinin qrup halında fakturalanması imkanı nəzərdə
tutulmuşdur. Həmin sənəd verilmiş inteqrasiya sxeminə (şablonuna) müvafiq olaraq
«Venera"ya avtomatik inteqrasiya olunur.
Daxili istifadə
Müəssisənin bölmələri və anbarları arasında əmtəə, mal-material dəyərlilərinin daxili
yerdəyişməsinə qaimə yazılması üçün istifadə olunur. Həmin sənəd verilmiş inteqrasiya
sxeminə (şablonuna) müvafiq olaraq «Venera"ya avtomatik inteqrasiya olunur.
Daxili yerdəyişmə
Müəssisənin bölmələri və anbarları arasında əmtəə, mal-material dəyərlilərinin daxili
yerdəyişməsinə qaimə yazılması üçün istifadə olunur. Həmin sənəd verilmiş inteqrasiya
sxeminə (şablonuna) müvafiq olaraq «Venera"ya avtomatik inteqrasiya olunur.
İnventarizasiya nəticələrinin müqaisə cədvəli
Mal-material dəyərləri inventarizasıya edilərkən müqaisə cədvəlini tərtib etmək üçün
istifadə olunur. Həmin sənəd verilmiş inteqrasiya sxeminə (şablonuna) müvafiq olaraq
«Venera"ya avtomatik inteqrasiya olunur.
Modulun hesabatları:
- Qalıqda olan malların maya dəyəri
- Çıxdaş ehtiyyatların maya dəyəri haqqında hesabat
- Ehtiyatların hərəkətlərinin dövriyyə cədvəli
- Ehtiyatın hərəkəti karti
- Müştərilərin (malsatanların) ehtiyyatlar üzrə cari hesabı
- Əməliyyat tiplərinə görə ehtiyyatların hərəkəti haqqında hesabat
- Hesablaşmaların qarşılıqlı üzləşmə akti
- Mal-material əməliyyatlarının qeydiyyatı kitabı
- Prays-list
- Anket
- Ehtiyyat hərəkətlərinin çoxməqsədli təhlili
Ehtiyyat kartlarının çoxməqsadli təhlili