"Mars" - işçi heyəti ilə əmək haqqı və sosial ödənişlər üzrə hesablaşmaların aparılması
üçün nəzərdə tutulur. Çoxlu miqdarda sazlama parametrinə malik olan modul, istənilən
mürəkkəb hesablama sxemlərini modelləşdirməyə imkan verir. Modulun sazlanmasının
sadəliyi və çevikliyi onu həm böyük olmayan şirkətlərdə,həm də iri, geniş yayılmış
strukturda (quruluşda) Holdinqlərdə, müxtəlif ödəniş növləri və əmək haqqı sxemlərinin
istifadə edilməsinə imkan verir. Modul ştat cədvəlini avtomatik formalaşdırır. Vergi
və tutulmaların sazlanması istənilən vergi sxemlərindən istifadə edilməklə, hesablaşmaların
aparılmasına imkan verir. Modul əvvəlcədən təyin edilmiş inteqrasiya sxemləri (şablonlar)
üzrə mühasibat yazılışlarını avtomatik formalaşdırır.
Modulun funksiyaları:
Müəssisənin təşkilatı quruluşunun idarə olunması;
İşçi heyətinin kartotekasının aparılması;
Əmək haqqı, məzuniyyət pulu, xəstəlik pulu, digər hesablamaların hesablanması,
hesablanan əmək haqqından tutulmaların ve vergilərin hesablanması;
Müəssisənin təşkilatı quruluşunun idarə olunması - modulda müəssisə və bölmələrin
təşkilatı quruluşunun müəyyən edilməsi imkanı nəzərdə tutulmuşdur. Hər bir bölmənin
tərkibinə lazımi sayda tabe strukturlar daxil oluna bilər. Bölmənin daxilində rəhbərliyin
və əməkdaşların tabeçilik sxemi verilir. Ştat cədvəli mövqe sayını, o cümlədən vakant
(boş olan) və tutulan vəzifələri müəyyən etməyə imkan verir.
İşçi heyətinin kartotekasının aparılması -modulda hər bir əməkdaş üçün kadrlar uçotunun
şəxsi vərəqəsini aparmaqdan ötrü tam lazımı informasiyanın saxlanılması, bundan başqa
müəssisə rəhbərliyinin tələblərinə müvafiq olaraq, istənilən əlavə informasiyanın,
məlumatın verilməsi imkanı nəzərdə tutulmuşdur. Hər növ uçot informasiyalar, məlumatlar
real tarixi əhəmiyyətinə müvafiq olaraq saxlanılır, daha doğrusu, əməkdaş üçün müəssisədə
onun işlədiyi müddətdə əmək haqqı, hesablama, ödəniş, bir vəzifədən başqa vəzifəyə
keçmə, vəzifədə yüksəlmə və s. bütün tarixçəsi saxlanılır.
Əmək haqqı, məzuniyyət pulu, xəstəlik pulu, digər hesablamaların hesablanması, hesablanan
əmək haqqından tutulmaların ve vergilərin hesablanması - Mars əməyin ödənişinin vaxtamuzd
forması, əməyin ödənişinin vaxtamuzd-mükafatlandırılması forması, əməyin ödənişinin
işəmuzd forması, əməyin ödənişinin işəmuzd-mükafatlandırılması forması, əməyin ödənişinin
akkord forması və əməyin ödənişinin digər müxtəlif modifikasiyaları üzrə işləyən
işçilər üçün əməyin ödənişi üzrə uçotun aparılmasına imkan verir. Vergilər və tutulmaların
hesablaşma metodu da həmçinin sazlanır. Bundan ötrü vergiyə cəlb olunma bazası kimi
sərbəst kombinasiyalarda uçot informasiyalarının (məlumatlarının) istənilən lazımı
növləri çıxış edə bilər.
Modulun hesabatları
Modul aşağıdakı hesabatların alınmasına imkan verir:
• Hesablamaların icmal cədvəli,
• Haqq-hesab cədvəli, ödəniş cədvəli
• Şəxsi hesab, şəxsi vərəqə
• Hesablama, tutulmalar və ödənişlərin siyahısı (açıqlanması)
• Ştat cədvəli
• Tabel vərəqəsi
• Yaradılmış kodların çap olunması və başqaları.